Azərbaycan klubuna tez keçmək üçün XÜSUSİ İCAZƏ aldı

14:00 Zirə 405
Azərbaycan klubuna tez keçmək üçün XÜSUSİ İCAZƏ aldı

“Zirə” yeni legioneri “rənglərinə bağlayıb“.

Portuqaliya mətbuatı saytımızın dünən yadığı xəbəri bu gün təsdiqləyib.

Bildirilib ki, qəsəbə təmsilçisi “Şaveş”in braziliyalı hücumameylli mərkəz yarımmüdafiəçisi Ktataunu (Talysson Moreira Reis) transfer edib.

25 yaşlı “sambaçı“nın keçidi üçün “Zirə”nin Portuqaliya klubuna təxminən 100 min avro ödəyəcək.

Ktatau yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.

Cənubi amerikalı bu mövsüm “Şaveş”ə qayıdıb və artıq 4 oyunda meydana çıxıb (hamısında əsas heyətdə). Bundan əvvəl isə icarə əsasında “Felgeyraş”da çıxış edib, bu komandada 27 oyuna 1 qol vurub, 4 qolun ötürməsini edib.

Bizdə olan məlumata görə, braziliyalı dünəndən bəri Bakıdadır. Orta sahə oyunçusu bura gəlmək üçün “Şaveş” rəhbərlyiindən xüsusi icazə alıb.

Demə, Portuqaliyanın Birinci Liqa təmsilçisi onu bu tezliklə Azərbaycana göndərmək istəmirmiş. Ktataunun xidmətindən çempionatın növbəti turunda da yararlanmaq niyyətləri olub.

Səbəbkar isə artıq bütün fikrini «Zirə»yə verdiyini, Portuqaliyada yubanmaq istəmədiyini deyərək, onları razı salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!