“Neftçi” ilə oyun Rəşad Sadıqovun üzünü buna görə güldürdü

31 Avqust 14:20 Zirə 578
“Neftçi” ilə oyun Rəşad Sadıqovun üzünü buna görə güldürdü

Misli Premyer Liqasının 3-cü turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.

Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.

Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada