Azərbaycanda oynayan sabiq “Qalatasaray”lı ilə bağlı ŞOK!

20:00 Zirə 155
Azərbaycanda oynayan sabiq “Qalatasaray”lı ilə bağlı ŞOK!

“Zirə”nin cinah yarımmüdafiəçisi Eren Aydın Premyer Liqada adından söz etdirən futbolçulardandır.

Azərbaycana gəldiyi gündən sürəti, driblinqi və dəqiq zərbələri ilə diqqət çəkən türkiyəli futbolçu yayda iş yerini dəyişə bilərmiş.

Erenin xidmətində “Turan Tovuz”, lap dəqiq desək, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyev maraqlı olub.

Təcrübəli mütəxəssis komandasının Konfrans Liqasına vəsiqə qazandığına əmin olan kimi rəhbərlikdən Aydınla danışıqlara başlamağı xahiş edib.

“7 nömrə”nin “Zirə”ylə müqaviləsi ötən mövsümün sonunda başa çatdığından, “Turan Tovuz” futbolçuyla danışıqlara start verib.

Bir neçə gün davam edən müzakirələr müsbət sonluqla başa çatıb. Vacib olan maliyyət şərtlərində ortaq məxrəcə gəlmək mümkün olub.

Və bu an...

“Turan Tovuz”un Konfrans Liqasında iştirak edəcəyi ilə bağlı şübhə yaranıb.

Eren düşünmək üçün pauza götürüb. Avrokuboklarda iştirak üçün alışıb-yanan vinger tovuzluların Avropada oynamayacağına əmin olandan sonra qərarını dəyişib, qərb təmsilçisinə “yox” deyib.

Və bu səbəbdən turnirdə “Turan Tovuz”u əvəz edən “Zirə”də qalmağı üstün tutub. Daha doğrusu, “qartallar”la yeni müqavilə imzalayıb.

Bir sözlə, Kurban Berdıyevin komandasına avrokubok qadağası qoyulmasaydı, indi “Turan Tovuz”un sağ cinahında Dioqo Balau, sol cinahında Eren Aydının keçidlərini izləyəcəkdik.

Maraq üçün bildirək ki, vaxtilə “Qalatasaray”ın U-17, U-19 komandalarında çıxış edərək əsas komandanın sıralarına qədər yüksələn 23 yaşlı futbolçu zirəlilərin heyətində bütün turnirlərdə meydana çıxdığı 21 oyunda 9 qol vurub, 2 məshuldar ötürmə verib.

O, cari mövsümdə 2 matçda 2 dəfə fərqlənməklə Premyer Liqanın bombardirləri siyahısında yer alıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti