“Sabah” Çempionlar Liqasında SÜRPRİZə imza atdı!

02:40 Basketbol 53
“Sabah” Çempionlar Liqasında SÜRPRİZə imza atdı!

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda Türkiyədən “Trabzonspor”u məğlub edib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada rəqibini 91:72 hesabı ilə üstələyib.

Bu qələbə “Sabah” üçün turnir baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, komanda bununla qrup mərhələsində ikinci qələbəsini qazanaraq xallarının sayını 6-ya çatdırıb.

Xatırladaq ki, komandalar arasında oktyabrın 14-də Trabzonda keçirilən ilk görüşdə “Trabzonspor” öz meydanında “Sabah”ı 100:83 hesabı ilə məğlub edib.

Bakı klubu turnirə Litvanın “Rytas” komandasına 73:82, “Trabzonspor”a isə 83:100 hesablı məğlubiyyətlə başlayıb. Üçüncü turda isə öz meydanında Fransanın “Nanter 92” kollektivini 87:80 hesabı ilə üstələyərək ilk qələbəsini qazanıb.

Beləliklə, “Sabah” dörd turdan sonra iki qələbə və iki məğlubiyyətlə A qrupunda 6 xal toplayıb. Komandanın turnir cədvəlindəki mövqeyi digər qarşılaşmaların nəticələrindən asılı olacaq.

A qrupunun qalibi birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə pley-in mərhələsində mübarizəni davam etdirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!
10 Noyabr 04:30 "Zəfər Kuboku" keçirildi