“Sabah”dan 10 nəfər ora-bura çağırıldı

01:20 Sabah 54
“Sabah”dan 10 nəfər ora-bura çağırıldı

“Sabah” futbol klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin sözçüsü Elnur Həmidov məlumat verib

“Komanda dörd günlük istirahətə buraxılıb. Heyətdə olan 10 futbolçu müxtəlif milli komandalara dəvət alıblar.

Onlar milli komandaların oyunları bitdikdən sonra həyətə qoşulacaqlar. Ardınca, noyabrın 10-da bir araya gələcəklər”, - deyə o, bildirib.

Fasilədən sonra “Sabah” Misli Premyer Liqasında ilk matçını noyabrın 20-də səfərdə “Sumqayıt”la üzləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Noyabr 18:10 Çək və bizə göndər!
10 Noyabr 04:30 "Zəfər Kuboku" keçirildi