COP29

Azərbaycandan qalmaqalla ayrılan hücumçu «Zirə»yə XƏBƏR GÖNDƏRDİ

16 May 20:40 Zirə 5 055
Azərbaycandan qalmaqalla ayrılan hücumçu «Zirə»yə XƏBƏR GÖNDƏRDİ

Coy Lens Mikels yenidən Azərbaycana dönməl fikrindədir.

Ötən ilin avqustunda “Sabah”dan qalmaqalla ayrılan almaniyalı hücumçu Səudiyyə Ərəbistanında xoşbəxt deyil.

Birinci liqa təmsilçisi “Əl-Faysal”la 3 illik müqavilə imzalamış legioner burada kifayət qədər şans qazanmır.

Az oynadığı üçün Ərəbistan yarımadasını tərk etmək variantını nəzərdən keçirən Mikels indi də menecerlər vasitəsilə «Zirə»yə xəbər göndərib.

Bu ilin yanvarında «Sabah»a qyıdışı alınmayan forvard artıq gələn ay «qartallar»a qoşulmağa hazır olduğunu bildirib.

2021-ci ildə “Sabah”ın formasını geyinən almaniyalı 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.

Mikelsin «Sabah»ı pula görə tərk etməsini xatırladaq. “Əl-Faysal”da illik gəliri 750-800 min avro civarında nəzərdə tutulub.

Razılaşmanın bir maraqlı tərəfi də bonuslarla bağlıdır. Anlaşmaya görə, burada vuracağı hər qola görə ona 10 min avro vəd olunub.

Komanda çempionluq titulu əldə edərsə, ona 200 min avro ödəniləcək.

Gümüş medalın qarşılığı 150 min avro təşkil eləyəcək. Bürünc medalın əvəzində isə 100 min avro irəli düşəcək.

"Sabah" Mikelsin bu gedişinə hazırlıqsız yaxalandı. Masazır təmsilçisi hücumçusunu saxlamaqdan ötrü daha çox əməkhaqqı təklif etmişdi.

O, əvvəlcə razılaşmış, son anda isə «yox» demişdi. «Partizan»la Konfrans Liqasının təsnifat oyunlarına çıxmaqdan boyun qaçıran forvard sosial şəbəkəni də bir-birindən vurmuşdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!