Çempionata uğurla başlayan, yaxşı oyun göstərən «Zirə» birdən-birə süstləşdi.
Nəinki birinci yeri, ikinci, üçüncü yerləri əldən verib.
Artıq son 9 oyundur Premyer Liqada qələbə qazana bilməyiblər.
Mənə elə gəlir ki, «Zirə»ni cadulayıblar. Və bu caduda hakimlərimizin xüsusi rolu var.
Bunu futbol cameəsində hamı görür.
Amma hakimlər komitəsi nədənsə bunu görməzdən gəlir. AFFA da hakimlər komitəsinə bir söz deyə bilmir.
Qorxur ki, bir söz deyərlər, Şimşək ildırıma çevrilə bilər.
Dostum Rəşad Sadıqov, nə özün, nə də futbolçuların ruhdan düşsün. Siz bu cadunu dağıdacaqsız.
ƏDALƏT