Azərbaycan klubu bir-birinin ardınca 11 futbolçu ilə yollarını ayırdı - SON DƏQİQƏ

30 Dekabr 2023 14:40 I Divizion 7 985
Azərbaycan klubu bir-birinin ardınca 11 futbolçu ilə yollarını ayırdı - SON DƏQİQƏ

I Liqada yerini qorumaq iddiasında olan «Difai» ciddi islahatlara start verib.

Qarabağ qazilərini təmsil edən klub «təmizləmə prosesi»ni sürətləndirib.

Elgiz Kərəmlini baş məşqçi postuna təsdiqlədən «fədailər» 11 futbolçu ilə yollarını ayırıb.

Ağsu klubu Elçin Əliyev, Fürdovsi Kazımov, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı, Tural Əmirhüseynov və Bəhlul Əliyev ilə vidalaşıb.

Onlarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Onu da xatırladaq ki, buna kimi baş məşqçi səlahiyyətlərini icra etmiş E.Kərəmli ilə gələn ilin yayınadək müqavilə imzalanıb. Onun qarşısına konkret vəzifə qoyulub - «fədailər»i I Liqada saxlamaq.

Ağsu təmsilçisi geridə qalan 12 turda 4 xal toplayıb. Debütant bu göstərici ilə turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti