Bölgə klubu ilə bağlı ŞOK PROQNOZ özünü necə doğrultdu? - VİDEO

19 May 2023 22:20 Turan 798
Bölgə klubu ilə bağlı ŞOK PROQNOZ özünü necə doğrultdu? - VİDEO

"Turan"la bağlı aşağıdakı fikirlərimi "ARB24" televiziya kanalının efirində səsləndirəndə komanda "Şamaxı" bərabərliyinə (1:1) görə doğma divarlar arasında fitə basılır, rəqib futbolçular isə alqışlanırdı.

Baş məşqçiyə yönələn istefa sədaları havada pərvaz edirdi.

Hələ "Kəpəz"in 6-cı pilləni tutmasını "sıxanlar"ı, Qəbələdəki yaxşı oyuna rəğmən (1 nəfər azlıqda) minimal hesablı məğlubiyyətə görə Abbasovu Əhmədovda zəif sayanları demirəm. Nüanslar çoxdur, sadalamaq isə vaxt itkisi.

Mən isə efirdən az qala yalvarırdım ki, səbrli olun, dəstək olun.

Üzərindən az müddət keçib. Bu gün kollektiv ardıcıl qələbələri sıralayır. Güclü rəqibləri bir-bir sıradan çıxarır. Mən futbol dahisi deyiləm. Hələ indi-indi futbolla bağlı nələrsə öyrənməyə çalışıram.

Amma "Turan"la bağlı doğruları görmək üçün heç futbol dahisi olmaq da lazım deyil. Qərəzsiz olmaq yetərdi. Görünür, bəziləri bunu bacara bilmədi.

Həmin insanlar indi gözə dəymir. Elə bilirsiz sevinirlər, əl çalırlar, peşmandılar, komandanın yanındadılar? Əsla!

Kölgəyə çəkilib, növbəti kiçik büdrəməni gözləyirlər. Ki, öz əməllərinə davam etsinlər. Çünki məqsədləri futbolun inkişafı yox, şəxsi mənafeyləridir. Həmin kəsləri qınamıram, bu, ölkənin qara bəlasıdır.

Qoymaq olmaz kimsə uğurlu olsun, böyük nəticələr qazansın, ölkəmizi Avropada təmsil etsin. İlk fürsətdə ayağının altını "qazmaq" lazımdır. Ayxan Abbasovda olduğu kimi...

Uzağa niyə gedirik? Bu cəmiyyətdə hətta Qurban Qurbanov kimi uğurlu adamın ayağının altını "qazmağa" çalışan adamlar var(olub). Biz də nəyi qoyub, nədən danışırıq...

XANOĞLAN / SPORTİNFO.AZ

Haqqında bəhs etdiyim çıxışa isə aşağıdakı linkdə baxa bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!