"Bizim komandada hamı böyük-kiçik yerini bilir"

18 Yanvar 2020 14:45 Sumqayıt 770
"Bizim komandada hamı böyük-kiçik yerini bilir"

"Futbolçularıma həmişə deyirəm ki, oyun nə qədər gərgin keçsə də, emosiyalara qapılmayın".

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında futbolçuları Aleksey İsayevlə Rəhim Həsənov arasında yaşanan insidentə aydınlıq gətirib.

Söhbət "Kaposvar"la (Macarıstan) yoxlama matçında (3:4) baş verən hadisədən gedir. Qarşılaşmanın gedişində sözləri çəp gələn oyunçuları komanda yoldaşları sakitləşdirib.

Gənc mütəxəssis olayın iştirakçılarıyla söhbət etdiyini bildirib: "Toplanış vaxtı, yoxlama oyunları və məşqlərdə futbolçular daha aqressiv olur. Bu da yorğunluqdan irəli gəlir.

Mənim komandada ən çox fikir verdiyim şey nizam-intizamdır. Ünsiyyət çox vacibdir. Çünki biz bir ailə, bir kollektiv olmalıyıq ki, bu, meydançada da özünü göstərsin.

Alekseyi də, Rəhimi də yaxşı tanıyıram. Əslində, onlar arasında ciddi bir söz-söhbət olmayıb. Bir-birlərinə demək istədikləri sözü bir az aqressiv şəkildə söyləmişdilər.

Bu məsələ yerincədə həll olundu, barışdılar. Komandamızda böyük-kiçik yerini hamı bilir. İkisiylə də söhbət eləmişəm, çalışmışam ki, belə situasiyalarda özlərini ələ almalarına hazır edim".

Digər Xəbərlər
Xəbər Lenti