COP29

Bu oyuunu izləyənlər qətiyyən inanmzadı ki...

8 May 21:20 Sumqayıt 1 094
Bu oyuunu izləyənlər qətiyyən inanmzadı ki...

Bu gün I Liqada 25-ci tura start verilib.

İlk gündə bir matç keçirilib.

“İrəvan” “ASK Arena”da “Difai” ilə qarşılaşıb.

Qonaqlar qalib gəlsəydi, 9-cu pillədən yuxarı qalxmaq şansını bir qədər artıracaqdı. “Fədailər” bunun üçün əlindən gələni etdi.

Onların ifasında hər şey - mübarizlik, hücumlar, pressinq - alınırdı. Əzmkar və baxımlı oyunun “meyvə”si qol olmalıydı.

Qarabağ qazilərinin təmsilçisi fərqlənmək üçün təqribən 10-a yaxın epizod yaxaladı.

Daha kimlərin əlinə bu imkan düşmədi ki..! Kristian Kamta, Bayraməli Qurbanov, Rəhman Quliyev, Tahir Zeynalov və başqaları.

Belaruslu Andrey Sinenka bəlkə də Azərbaycan karyerasında ən yaxşı oyununu keçirdi, “İrəvan”ın qapısını alınmaz qalaya çevirdi.

Dirəyin də yardımı ilə. Stadionda olan kimsə inanmazdı kı, final fiti qolsuz heç-heçəni qeydə alar.

Düzdür, “İrəvan” da ötən həftələrdəki kimi zəif təsir bağışlamadı, hər iki hissədə 1-2 dəfə “Difai”nin müdafiəsində boşluq tapdılar.

Sinenkanın azərbaycanlı həmkarı Əlirza Müştəbəzadə burada da öz bacarığını göstərdi.

Ümumi götürəndə, sonluğunu “Difai”ni sevindirmədiyini deməliyik. Onlar küssə, bəxtindən küsməlidir. Futbol ilahəsi “fədailər”in əziyyətini yerə vurdu.

SPORTİNFO.AZ

8 may 2024. Saat 15:00. ASK Arena. 80 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Seymur Əliyev, 58 (qeyri-idman hərəkəti); Əli Əliyev, 58 (qeyri-idman hərəkəti); Vüsal Əsgərov, 60 (qeyri-idman hərəkəti) // Tahir Zeynalov, 82 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“İrəvan”

33. Andrey Sinenka
77. Bayram Əliyev
(22. İmran Azaxov, 90+3)
50. Fərid Kərimzadə
2. Əli Əliyev
44. Seymur Əliyev
10. Ruslan Bayramov (k)
9. Orxan Fərəcov
7. Samir Qurbanov
18. Vüsal Əsgərov
99. Balamirzə Soltanov
8. Kamil Mahmudov

Ehtiyat oyunçular:

1. Süleyman Süleymanov
Baş məşqçi: Nazim Süleymanov

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
99. Məqsum Qənbərli
6. Əzəmət Ələkbərli
28. Rəhman Quliyev
(71. Coşqun Əsədzadə, 82)
10. Tahir Zeynalov
2. Seymur Rəhimov
(14. Samir Əliyev, 82)
16. Emil Quluzadə
(8. Ramin Süleymanov, 65)
9. Bayraməli Qurbanov
21. Benjamin Ebuka
(19. Rəsul İbrahimov, 76)
32. Kristian Kamta

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
13. Nazim Bağırov
50. Qurban Hüseynov
11. Valeh Qəhrəmanlı
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti