Türkiyədən gəldilər, Bakıda bayrağımızı dalğalandırdılar – VİDEO+FOTOLAR

21 Avqust 2023 16:20 Sizdən Bizə 574
Türkiyədən gəldilər, Bakıda bayrağımızı dalğalandırdılar – VİDEO+FOTOLAR

Bakıda keçirilən Atıcılıq üzrə 53-cü dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışları keçirilib.

Hindistan komandasının birinci olduğu yarışda Türkiyə millisi gümüş medallar qazanıb.

Bürünc medallar isə Çin atletlərinin payına düşüb.

Medalların təltif edilməsi mərasimindən sonra səhnədə qalan Türkiyədən olan atletlərin (Yusuf Dikeç və Sevval İlayda Tarhan) Azərbaycan bayrağını açması davamlı alqış sədaları ilə müşayiət olunub. Daha sonra Türkiyə bayrağı da gətirilib.

Türkiyə millisinin təcrübəli üzvü Yusuf Dikeç final təəssüratlarını bölüşərək, tribunalardakı dəstəkdən söz açıb:

“Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət. Olmayanda olmur.

Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik.

Yarış zamanı tribunadan gələn alqış səslərini eşidəndə, özümüzü arxamızda sanki ordu varmış kimi hiss edirik.

Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”.

O, 23 yaşlı komanda yoldaşı Sevval İlayda Tarhanın atış zamanı dəqiqlik nümayiş etdirə bilməməsi haqda danışıb:

“İlayda hələ gəncdir. Zaman keçdikcə təcrübə toplayacaq. Yavaş-yavaş inkişaf edir. Zamanla o da uğurlar qazanacaq və onunla yaxşı komanda yoldaşı olacağıq”.

Təcrübəli atıcı Azərbaycanın dünya çemıpionatını yüksək səviyyədə keçirdiyini və belə yüksək səviyyədə təşkilatçılığı dünyada az sayda ölkənin bacardığını vurğulayıb:

“Azərbaycan bizim üçün uğurlu yerdir. Qardaş ölkəyə nə zaman gəlsək, medalla qayıdırıq. Heç vaxt əliboş dönməmişik.

Turnir də çox gözəl təşkil olunub. Nə poliqon, nə məşq meydançaları, nə də otel sarıdan heç bir problem yoxdur.

Hər şey yüksək səviyyədədir. Bunu dünyada bacara biləcək bir neçə ölkə var ki, onlardan biridir.

Azərbaycan bunun üstünlüyünü yaşayır. Çünki bütün idman növləri üzrə önəmli turnirlər bura həvalə edilir.

İnşallah, növbətii illərdə yenə davam edəcək. Belə turnirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması ilə yanaşı, gəncləri üçün də önəmlidir.

Onlar üçün motivasiyadır. Azərbaycanı çox sevirik. Turnirdə əməyi keçən hər kəsə təşəkkür edirik”.

Bakıda təşkil olunan dünya çempionatı sentyabrın 1-dək davam edəcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti