Avropa Parlamentinin üzvləri Bakı Olimpiya Stadionunda

23 İyul 2022 02:20 Sizdən Bizə 777
Avropa Parlamentinin üzvləri Bakı Olimpiya Stadionunda

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Olimpiya Stadionunu (BOS) ziyarət edib.

Sportinfo.az xəbər verir ki, gələn il Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının Təşkilat Komitəsinin də üzvü olan Pareba ilk Avropa Oyunlarının gerçəkləşdiyi Bakı Olimpiya Stadionu ilə yaxından tanış olaraq, oyunların təşkilatçılığı ilə maraqlanıb.

Qonaqlara arena haqqında məlumat verən BOS-un direktoru Cavid Qarayev bildirib ki, I Avropa Oyunlarının uğurlu təşkilatçılığından sonra ölkə və biləvasitə stadion daha bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Avropa Olimpiya Komitəsi və İslam İdman Həmrəyliyi Federasiyası tərəfindən rəğbətlə qarşılanan və böyük tədbirlərin həvalə edildiyi arena ən son UEFA tərəfindən “Elit Stadion” adına layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!