SON DƏQİQƏ - Nazirin qardaşı Bakıya futbolla bağlı səfərə hazırlaşır

22 May 2022 16:00 Sizdən Bizə 1 520
SON DƏQİQƏ - Nazirin qardaşı Bakıya futbolla bağlı səfərə hazırlaşır

Türkiyənin tanınmış klub prezidenti Bakıya səfərə hazırlaşır.

“Alanyaspor”un başqanı Hasan Cavuşoğlu ölkəmizə işsüzar səfər edəcək.

Səfərdə məqsəd Bakıda “Alanyaspor” futbol məktəbinin açılışında yaxından iştirak etmək, şəraitlə yerində tanış olmaq, ehtiyac duyulacaq xidmətlər haqda məlumat toplamaqdır.

Çavuşoğlu 2 gün Bakıda qalacaq və mayın 24-də rəsmi açılış mərasimində iştirak edəcək. Saat 12:00-da Yasamal ərazisində yerləşən “Royal Park” Yaşayış Massivində baş tutacaq görüşdə Hasan bəyin jurnalistlərə müsahibə verəcəyi də gözlənilir.

Hasan Çavuşoğlu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun kiçik qardaşıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?