Ramiz Məmmədov "Şamaxı"nın məşqçi və futbolçularına sahib çıxdı, MÜHÜM LAYİHƏdən danışdı

6 May 2023 14:00 Şamaxı 1 263
Ramiz Məmmədov "Şamaxı"nın məşqçi və futbolçularına sahib çıxdı, MÜHÜM LAYİHƏdən danışdı

«Biz əminik ki, komandamız mövsümün sonunu da uğurlu keçirəcək və Premyer Liqada qalacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın vitse-prezidenti və İdarə Heyətinin sədri müavini Ramiz Məmmədov deyib.

Klubun önəmli şəxsi bildirib ki, rəhbərlik məşqçi korpusu və futbolçuların arxasındadır:

«Cavid Hüeseynovla Vüqar Əsgərə inamaımız tamdır. Hər ikisi gənc məşqçi olsa da, düşünürük ki, Premyer Liqada keçirdikləri ilk mövsümdə yaxşı işlər gördülər.

Mübariz və bütün rəqiblərlə baş apara biləcək komanda yaradıblar. Biz onların gördüyü işi müsbət qiymətləndiririk.

«Şamaxı»nın hər bir futbolçusu bu məşqçilərin rəhbərliyi altında özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

Çempionatın sonuna 4 tur qalıb və inanırıq k, komandamız lazım olan xalları toplayıb, Premyer Liqada yerini qoruyacaq.

«Şamaxı»nın bu yolda mübarizəsi son anadək davam edəcək. «Şamaxı» bu çempionatda istənilən rəqibdən xal və ya xallar almaq gücündədir».

R.Məmmədov qeyd edib ki, rayon rəhbərliyi kluba hər cür dəstək göstərir:

«İcra Hakimiyyəti, həmçinin digər yerli dövlət qurumları daim «Şamaxı»nı öz diqqət və qayğısı ilə əhatə edir.

Hər cür şərait yaradıblar. Onlara klubumuz adından öz minnətdarlığımızı bildiririk. Doğrudan da, «Şamaxı» üçün çox iş görüblər və görməkdədirlər.

Ümumiyyətlə, klubumuz yenidir və böyük planlarımız var. 5-10 illik inkişaf layihəsi hazırlamışıq.

Məqsədimiz bu illər ərzində inkişaf etmək, nəticələri yacşılaşdırmaq və Avropaya «Şamaxı»nın adını duyurmaqdır. Avrokuboklarda uğurlu çıxışı ilə seçilən klub olmaq istəyirik».

Digər Xəbərlər
Xəbər Lenti