"Bu klubun Premyer Liqadan düşməsini heç istəmirəm"

31 Mart 2023 17:40 Şamaxı 639
"Bu klubun Premyer Liqadan düşməsini heç istəmirəm"

“Açığı, bu komandanın oyunu mənim çox xoşuma gəlir“.

Yunis Hüseynov Sportinfo.az-a açıqlamasında “Şamaxı“ haqda danışıb.

58 yaşlı mütəxəssis vaxtilə çalışdığı klub haqda müsbət fikirlər səsləndirib. O, “şirlər”in Premyer Liqaya rəng qatdığını və buna görə birinci diviziona düşməsini istəmədiyini səmimi etiraf edib:

“Onların "Neftçi" ilə oyununa da stadiondan baxdım. Həmin görüşdə də komanda ən azı 1 xala layiq idi.

Bölgə klubunun yüksək liqadan düşməsini heç tərəfdarı deyiləm. Gənc kollektiv olmasına baxmayaraq baxımlı və mübariz oyun göstərirlər.

Heç bir rəqibə asan təslim olmurlar. Bir çox oyunlarda bəxt amili və təcrübəsizlik xallar qazanmalarına mane olub”.

Digər Xəbərlər
Xəbər Lenti