Hüseynov "Qəbələ"nin sükanı arxasına keçsə, onu kim əvəzləyəcək?

21 Aprel 2023 15:00 Şamaxı 2 631
Hüseynov "Qəbələ"nin sükanı arxasına keçsə, onu kim əvəzləyəcək?

«Şamaxı»nı çalışdıran Cavid Hüseynovun adı son günlər «Qəbələ» ilə yanaşı hallanır.

Elmar Baxşıyev «Neftçi»nin yolunu tutsa, böyük ehtimalla, o, «qırmızı-qaralar»ın sükanı arxasına keçəcək.

AFFA bu gepdişatı diqqətlə izləyir. Federasiya hazırda «Şamaxı» futbol məktəbinin baş koodinatoru vəzifəsini tutan Vəli Qasımovu əsas komandada görmək istəyir.

Onunla bu yöndə fikir mübadiləsi də aparılıb və razılığı alınıb. Sonuncu dəfə «Neftçi»ni çalışdırmış (2017-ci il) Qasımov Hüseynovu əvəzləməli olarsa, Emin Ağayev ona köməkçi təyin ediləcək.

Son dörd ildə «Səbail»»də Aftandil Hacıynvin yardımçısı olmuş, hazırda isə «Ximki»nin gənclər komandasında Nazim Süleymanovla çiyin-çiyinə çalışan mütəxəssis yenidən Azərbaycana dönməyə hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti