“Yalnız və yalnız...” – Görün, müsahib nə deyir!

17 Sentyabr 2024 16:40 Şamaxı 752
“Yalnız və yalnız...” – Görün, müsahib nə deyir!

“Şamaxı”nın futbolçusu Rüfət Abbasov Sportinfo.az-a müsahibə verib.

Azərbaycanın U-21 millisinə də cəlb olunan müdafiəçi “Sumqayıt” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra sualları cavablandırıb.

- Premyer Liqanın debütantı 5 oyunda 8 xal qazanmağı bacarıb. Uğurlu çıxışın səbəbini nə ilə əlaqələndirə bilərsən?

- Yalnız və yalnız işləməklə. Demək olar sıfırdan yaranmış komandadır, ilk dəfədir birlikdə oynayırıq. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Gərgin məşqlərin nəticəsidir.

- “Sumqayıt”ı nəyin sayəsində məğlub etdiniz?

- Qolu lazım olan vaxtda vurduq. Məqsədimiz bacardıqca tez qol vurub, oyuna nəzarət etmək idi. Hesab açılandan sonra döyüşkənlik nümayiş etdirdik, ağıllı oynadıq. Əsas o idi ki, diqqəti əldən verməyək.

- Son 25-30 dəqiqədə “oturmuşdunuz”. Hətta baş məşqçi Ayxan Ababsov bir neçə epizodda müdafiədən çıxmaq göstərişi verirdi.

- Futbolda bu cür hallar olur. Dediyim kimi, ağıllı və diqqətli oynamağa çalışırdıq. Özünüz də görürdünüz ki, əks-hücumlar üçün yaxşı imkanlar yaxalayırdıq. Bəlkə də hesabın yaratdığı məcburiyyət idi.

- Növbəti rəqibiniz səfər matçında “Kəpəz” olacaq. Tovuza qələbə dalınca gedəcəksiniz, yoxsa 1 xalı da qənaətbəxş saymaq olar?

- Heç-heçəni düşünmək düzgün olmaz. Hər oyunda məqsədimiz 3 xaldır, bu dəfə də belə olacaq. İlk növbədə buraxılan səhvləri analiz edib aradan qaldırmalıyıq. Bunları edəndən sonra “Kəpəz”lə oyuna köklənib, qələbə haqda düşünəcəyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!