COP29

"Pulumuzu ödəməsələr, onlara halallıq verməyəcəyik" – 5000-lik QALMAQAL!

1 Sentyabr 15:15 Şamaxı 1 191
"Pulumuzu ödəməsələr, onlara halallıq verməyəcəyik" – 5000-lik QALMAQAL!

«Şamaxı» rəhbərliyi 3 aydan sonra keçmiş futbolçularına olan maaş borcunu ödəyib.

Bu haqda redaksiyamıza oyunçuların özləri məlumat verib.

Bildiriblər ki, klub aprel və may aylarının məvacibini bugünlərdə onların hesabına köçürüb. Fəqət, indi də bir başqa problem üzə çıxıb.

«Şirlər»in yönəticiləri yayda yola saldığı 20-yə yaxın futbolçunun mükafatını vermək fikrində deyil:

«Əvvəla, biz «Sportinfo»ya çox təşəkkür edirik ki, üzləşdiyimiz çətinlikləri daim işıqlandırdı. İlk günlərdən haqqımızı müdafiə etdiz, hamı bildi ki, «Şamaxı»da nələr olur.

Öz aramızda deyirik ki, əgər «Sportinfo» bu işin üstünə düşməsəydi, «Şamaxı»dan öz halal maaşımızı ala bilməyəcəkdik.

Pulumuzu verməyi yubadırdılar. Yaxşı ki. siz məsələni işıqlandırdız və gündəmdə saxladız, onlar da ictimai təzyiqi görüb, pulumuzu qaytardı.

İndi də sizlərdən başqa bir xahişimiz var. Mayda komandaya demişdilər ki, Birinci Liqanın çempionu olun, hərəniz 5000 manat mükafat alacaqsız.

«Qaradağ Lökbatan»ı səfərdə 3:2 udduq, Premyer Liqaya çıxdıq. Onda da deyildi ki, sentyabr-oktyabr aylarında klubun hesabına pul gələcək, 5000-i həmin vaxt ödəyəcəyik.

Bugünlərdə maaş borcunu verəndə isə dedilər ki, o mükafatdan gözünüzü çəkin, bizim sizə heç bir borcumuz yoxdur.

Vallah, belə olmaz! Halallıq yaxşı şeydir. Biz 1 il «Şamaxı» üçün əziyyət çəkmişik, meydanda canımızı qoymuşuq.

Bəzən ac qalmışıq, amma yenə çıxıb oynamışıq, komandanı Premyer Liqaya qaytarmışıq. Mükafatımızı ödəməsələr, onlara halallıq verməyəcəyik».

P.S. Məsələni nəzarətdə saxlayacağıq. «Şamaxı» rəhbərliyinə tribuna verməyə də hazırıq. Gözləyirik…

Digər Xəbərlər
Xəbər Lenti