Azərbaycan Premyer Liqasının V turunda daha bir oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Şamaxı"nın qonağı olub.
"Şamaxı" şəhər stadionunda keçirilən qarşılaşmada qol vurulmayıb.
Şamaxı şəhər stadionu, 1700 tamaşaçı Baş hakim: Əliyar Ağayev Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli Dördüncü hakim: Elvin Bayramov VAR: Rauf Cabarov AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Elman Musayev Sarı vərəqələr: Brahim Konate, 23 (qeyri-idman hərəkəti); İlkin Muradov, 77 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elnur Çodarov, (“Şamaxı”) 87 (texniki zona qaydalarını pozduğuna görə) Qol: yoxdur Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.