Bu klub may və iyunun borclarını ödəyə bilmir – RƏHBƏR SUSUR

11 Sentyabr 2023 22:20 Şamaxı 797
Bu klub may və iyunun borclarını ödəyə bilmir – RƏHBƏR SUSUR

“Şamaxı”nın keçmiş məşqçi və futbolçu heyəti klub rəhbərliyindən zəng gözləyir.

Səbəb ötən mövsümdən qalan borcların hələ də verilməməsidir.

2022-2023 futbolun ilində komandanın məşqçilər heyətində yer alan şəxslərin heç biri, həmçinin, Elvin Məmmədov, Amil Yunanov, Rəhman Daşdəmirov kimi futbolçular ötən mövsümdən qalan maaşlarını ala bilmirlər.

Əldə etdiyimiz məlumata görə, aidiyyatı orqan məvacibləri klubun hesabına köçürüb. Sadəcə “Şamaxı”nın digər borcları olduğu üçün vəsait həmin istiqamətdə xərclənib.

İndi də gözləyirlər ki, dövlətdən büdcəyə pul daxil olsun, borcları həmin vəsaitlə qaytarsınlar.

Məşqçilər 2 (may və iyun), futbolçuların isə 1 ayın (may) əməkhaqqısını gözləyir. Di gəl, konkret cavab yoxdur.

Rəhman Daşdəmirovla Əli Səmədovun satışından əldə olunan transfer parası da klubun digər xərclərinə ayrılıb. Bütün borclar həllini tapır, maaş qalıqları isə yerindən tərpənmir.

Klubdakı əsas söz sahibi Elçin Usub isə məvaciblərin veriləcəyi ilə bağlı konkret tarıx demir. Ya da deyə bilmir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti