Klub rəhbərliyi hərəkətə keçdi, böyük mükafat ayrıldı – SON ŞANS

26 May 2023 19:40 Şamaxı 1 476
Klub rəhbərliyi hərəkətə keçdi, böyük mükafat ayrıldı – SON ŞANS

Premyer Liqanın sonuncu turunun əsas qarşılaşması “ASCO Arena”da baş tutacaq.

Elitada qalmaq uğrunda mübarizə aparan “Şəbail”lə “Şamaxı” vacib suala öz aralarındakı oyunda aydınlıq gətirəcəklər.

Sportinfo.az xəbər verir ki, “Şamaxı” rəhbərliyi son günlər komandaya diqqəti xeyli artırıb.

Klubdakı əsas sahibləri “şirlər”in çempionatda qalması üçün əlindən gələni etməyə çalışır. İndiki məqamda onların edə biləcəyi ən faydalı iş məşqçi və futbolçu heyətini mükafatla stimullaşdırmaqdı.

Dünyanın hər yerində bu cür matçlardan öncə komandaya ciddi məbləğdə mükafat ayrılır. Görünür, “Şamaxı” rəhbərliyi məlum nümunədən duyuq düşüb.

Bu gün axşam Bakıda başbilənlərlə komanda üzvləri arasında görüş baş tutacaq. Rəhbərlik “Şamaxı”nın qələbə qazanması üçün kollektivə 100 min manat “premiya” ayıracaq.

Maraq üçün bildirək ki, çempionatboyu əldə olunan hər qələbə üçün ümumi mükafat budəfəkindən 3-4 dəfə az olub.

Mayın 27-də keçiriləcək “Səbail” – “Şamaxı” dueli saat 17:30-da başlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti