Bölgə klubu bu üçlüyü İRƏLİ VERDİ - "Son döyüş" öncəsi hadisə

26 May 2023 19:00 Şamaxı 810
Bölgə klubu bu üçlüyü İRƏLİ VERDİ -  "Son döyüş" öncəsi hadisə

Azərbaycan Premyer Liqası bu həftə başa çatır.

Sonuncu - 36-cı turda hər kəsin maraqla gözlədiyi qarşılaşma Bayılda baş tutacaq.

Burada "Səbail" "Şamaxı"nı qəbul edəcək.

Qarşılaşmaya maraq gətirən əsas səbəb isə təbii ki, 90 dəqiqənin sonunda bu iki komandadan hansının sonuncu pilləni tutub aşağı liqaya yuvarlanacağı sualıdır.

Üstünlük meydan sahiblərinin tərəfində kimi görünür.

Çünki Şahin Diniyevin çalışdırdığı komanda həm büdcəsinə, həm heyətinə görə rəqibini bir xeyli qabaqlayır. Digər tərəfdən 28-i onları bərabərlik də qane edir.

Qonaqlar isə mütləq qələbə qazanmalıdır. Yalnız bu halda Premyer Liqada qalmaq mümkün olacaq.

Bütünlüklə yerli futbolçulardan ibarət bölgə klubunda çox sayda da gənc futbolçu çıxış edir. Əksəriyyətinin belə oyunlar üçün təcrübəsi yox kimidir.

Amma olanlar da yox deyil.

Məsələn, Amil Yunanov, Elvin Məmmədov böyük təcrübəyə sahib sabiq milli üzvləridir. Gənclərdən isə Cəlal Hüseynovu missal çəkmək olar. 20 yaşlı futbolçu milli komandada və “Zirə”də belə stressli matçlar keçirib.

Elə rəhbərliyin, məşqçilər korpusunun də adıçəkilənlərə ümidi böyükdür.

Əbəs deyil ki, “Şirlər”in sosial şəbəkə hesabından oyunun afişasında məhz bu 3 futbolçu yer alıb.

Bəs, onlar ümidləri doğrulda biləcəklərmi?

Bu suala 3 gündən sonra “ASCO Arena”da cavab tapılacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı