"Şamaxı" nağılı - İnanan varmı?

23 May 2023 10:40 Şamaxı 704
"Şamaxı" nağılı - İnanan varmı?

Həftələrdir «Şamaxı» dərin bir sükuta qərq olub.

Təcrübəsiz komandaya xas elementlər görünməkdədir.

Ekspertlər, eləcə də, mətbuat «Şamaxı»nın enişindən, son pilləyə bab oyunundan, ruh düşkünlüyündən danışır. Hamı eyni sözü deyirsə, demək ki, problem var, miqyası da böyükdür.

«Qəbələ» ilə qarşılaşma son iki şansdan biri idi. Qələbə qazansaydılar, turnir cədvəlində dəyişiklik edəcəkdilər. Bu yerdəyişmə olmadı və bütün sualların cavabı axırıncı həftəyə qaldı.

«Şamaxı» naümiddir. Düşüşün səbəbi çoxsaylıdır və bunların ilk sırasında gücün tükənməyi gəlir. Futbolçular ikinci və üçüncü dövrədəki kimi oynamaq istəmirmi?

Cavid Hüseynov sezonun ortasındakı kimi qələbələr qazanılmasını arzulamımı? Futbolçu da, baş məşqçi də bu niyyətlə yaşayır.

Fiziki gücün tükəndiyi ərəfədə təcrübə və psixoloji faktor ön plana çıxır. Təcrübə də yoxdursa, beyini narahatlıqdan qurtarmaq hardan mümkün olsun?

Vüqar Əsgərli kimi «dil pəhləvanı» hər həftə mətbuat konfransında çox söz deyə, vəd və ümid verə bilər, amma nağıllara inanan kimdir artıq?

«Şamaxı»nın futbolçusunun başı yorulub, ayağı da getmir, Əsgərli Hüseynovun əvəzinə söylədiyi yüz fikİr bir borcu ödəmir.

Axırıncı yerdədirlərsə, komandanı burada saxlayan «əmmalar» dərindir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti