“Komandamız Premyer Liqada çıxışını davam etdirməyə layiqdir” - MÜHÜM AÇIQLAMA

16 May 2023 17:40 Şamaxı 1 097
“Komandamız Premyer Liqada çıxışını davam etdirməyə layiqdir” - MÜHÜM AÇIQLAMA

«Şamaxı»nın vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov Sportinfo.az-a vacib açıqlama verib.

Tanınmış futbol adamı saytımıza bunları söyləyib:

“Şamaxı” yeni klubdur, bölgəni təmsil edirik. Təmsilçisi olduğumuz rayonda futbolun inkişafı üçün addımlar atırıq.

Demək olar bütün işlərə sıfırdan başlamışıq. Bu sahəylə bağlı uzunmüddətli və səmərəli planlarımız var.

Bölgədə futbolu irəli aparacaq və kütləviliyi təmin edəcək strategiya hazırlanıb. Onun icrası və daha keyfiyyətli olması üçün komandamızın Premyer Liqada çıxışını davam etdirməsi vacibdir.

Klubumuzun rəhbərliyi və məşqçilərimiz ilk gündən bunun üçün çalışır. «Şamaxı» sırf azərbaycanlı futbolçulardan təşkil olunmuş komandadır.

Geridə qalan 10 ay ərzində çoxlu sayda perspektivli gənclər üzə çıxarmışıq, onlara özlərini göstərmələri üçün şərait yaratmışıq.

Rəhbərlik hər zaman komandanın yanındadır, onlara dəstəkdir. Təsadüfi deyil ki, bu gün Premyer Liqanın əksər klubları bizim futbolçularla yaxından maraqlanır, müqavilə təklif edir.

Halbuki 10 ay əvvələ kimi bu uşaqların bir çoxunu geniş ictimaiyyət tanımırdı. Əlbəttə, biz məşqçilərimizə, komandamıza inanırıq.

Turnir cədvəlində sonuncu pillədən yuxarı qalxmaq şanısımız var və ondan istifadə etmək istəyirik.

Son iki turda çox şey dəyişə bilər və «Şamaxı» məqsədinə nail olmaqdan ötrü, idman prinsiplərinə riayət etmək şərtilə, əlindən gələni əsirgəməyəcək.

Son turlar göstərdi ki, “Şamaxı” Premyer Liqada çıxışını davam etdirməyə layıqdir.

Mən fikirləşirəm ki, Premyer Liqada klub sayı artmalıdır. 12 iştirakşı olsa, çempionat bundan da maraqlı keçər».

Digər Xəbərlər
Xəbər Lenti