"Qarabağ"ın yetirməsi Cavid Hüseynovun qəzəbinə tuş gəldi

16 May 2023 16:40 Şamaxı 1 653
"Qarabağ"ın yetirməsi Cavid Hüseynovun qəzəbinə tuş gəldi

"Şamaxı"nın əsas futbolçularından hesab olunan Nihad Quliyev baş məşqçi Cavid Hüseynovun qəzəbinə tuş gəlib.

Belə ki, məşqdə intizamsızlıq edən futbolçu əvəzedici heyətə göndərilib.

21 yaşlı oyunçu hətta bu tur birinci turun "Kəpəz-2" - "Şamaxı-2" görüşündə (0:1) 90 dəqiqə meydanda olub.

Onun "Neftçi" ilə qarşılaşmanın (1:1) iştirak ərizəsində yer almaması da bununla bağlıdır.

Cəzanın müddəti qeyri-müəyyən olaraq qalır.

"Qarabağ"a məxsus olan "83 nömrə" bu mövsüm icarə əsasında "şirlər"in şərəfin qoruyur.

O, hazırkı sezon biri ölkə kuboku olmaqla 32 oyunda meydana çıxıb.

Gənclər millimizin üzvü bu qarşılaşmalarda 2 qol vurub, 3 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti