Rövnəq Abdullayev AFFA-dan gedən kimi bu klubu himayəsinə götürəcək?

13 May 2023 11:20 Şamaxı 4 794
Rövnəq Abdullayev AFFA-dan gedən kimi bu klubu himayəsinə götürəcək?

Bilindiyi kimi, Rövnəq Abdullayevin AFFA prezidenti postunda səlahiyyət müddəti 2024-cü ilin martında başa çatacaq.

İyirmi il öncə «Neftçi»nin başına keçən, 2007-ci ildən isə federasiyaya rəhbərlik edən SOCAR-ın sabiq şefi AFFA-dan ayrılandan sonra da futbol sferasında qala bilər.

Bununla bağlı yeni iddialar mövcuddur. Onlardan biri «Şamaxı» ilə əlaqədardır.

Belə ki, Abdullayevin federasiyadakı vəzifəsini təhvil verən kimi əyalət klubunun himayədarları arasında yer alması yönündə xəbərlər yayılıb.

Həmin məlumatlara inansaq, Abdullayevə və ona yaxın şəxslərə aid olduğu söylənilən şirkətlər «Şamaxı»ya sponsorluq edəcək.

Rövnəq bəy cari mövsüm yalnız 1 dəfə Premyer Liqa oyununu stadiondan izləyib. O da «Şamaxı»nın iştirakıyla keçirilən ev qarşılaşmasını.

Bölgə təmsilçisinin «Sabah»ı qəbul etdiyi matçda VİP-lojadakı yerini tutan Abdullayev 2:1 hesablı qələbəyə sevinən ev sahiblərinin hər bir futbolçusuna 1000 manat mükafat verib.

Üstəlik, «Şamaxı»nı sponsorluq barədə xəbərlə müjdələyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!