Premyer Liqamızda ata-bala söhbəti: “O, məni məlumatlandırır”

10 May 2023 21:20 Şamaxı 765
Premyer Liqamızda ata-bala söhbəti: “O, məni məlumatlandırır”

“Atamla tez-tez söhbət edirik, müzakirələr aparırıq”.

Ötənlərin məşhur futbolçusu Rüfət Quliyevin oğlu Kamran Quliyev Sportinfo.az-a açıqlamasında atası ilə futbol münasibətlərindən söz açıb.

Adətən, keçmişdə futbolçu olmuş valideynlər övladları ilə söhbətdə futbol mövzusundan yayınmağa çalışır. Bunu isə uşağının təzyiq altında qalmaması və atasının ona arxa olduğunu hiss etməməsi üçün etdiyini bildirirlər.

Amma Quliyevlər ailəsində belə deyil. “Şamaxı”nın hücumçusu məlum mövzudan söz açıb:

“Hər oyundan sonra oturub 90 dəqiqəni izləyirik. Analizlər edirik, yol verdiyim səhvləri göstərir. Məşqçilər heyətinin oyun təhlilindən başqa bunu atamla da edirik.

Narazı qaldığı bəzi məqamlar var ki, onlar haqda məni məlumatlandırır. Mən də öz növbəmdə onları aradan qaldırmağa çalışıram”.

1997-2002-ci illər aralığında Azərbaycan millisinin şərəfini qorumuş Rüfət Quliyev futbolçu karyerasında “Xəzri”, “Qarabağ”, “Şəfa”, “İstiqlal”, “Sənət Neft” (hər ikisi İran) komandalarında çıxış edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!