Yeni sponsor qapıda - Premyer Liqa klubunda gündəm dəyşir

10 May 2023 19:00 Şamaxı 1 508
Yeni sponsor qapıda - Premyer Liqa klubunda gündəm dəyşir

Şamaxı şəhərində “Şamaxı”nın yeni strategiyasının hazırlanması ilə bağlı seminar keçirilib.

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının üzvü, “Azercell Telecom”un Korporativ Ünsiyyət Departamentinin rəhbəri Sona Abbasovanın mentorluğu ilə baş tutan seminarda Fondun və klubun nümayəndələri iştirak edib.

Burada strategiyanın önəmi və əsas komponentləri barədə geniş təqdimat edilib, həmçinin klub nümayəndələri ilə birlikdə “Şamaxı”nın strategiyasının hazırlanması üzərində işlər aparılıb.

Seminar üçün “Azercell Telecom”un nümayəndəsi təsadüfən seçilməyib. Əyalət klubu adıçəkilən mobil operatorla əməkdaşlıq etməyə hazırlaşır.

Bununla bağlı tərəflər arasında görüşmələr bir neçə ay əvvəl başlayıb. Danışıqlarda ilkin razılıq əldə olunub.

Şirkət “Şamaxı” ilə işbirliyi qurmaqda və onların baş sponsoru olmaqda maraqlıdır.

Sadəcə, indi “top” bölgə komandasındadır. Gərək Premyer Liqada yerlərini qorusunlar ki, sponsorluq anlaşması bu yay imzalansın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti