“Premyer Liqada qalacağıq” - Boş ümid, yoxsa..?

8 May 2023 22:20 Şamaxı 635
“Premyer Liqada qalacağıq” - Boş ümid, yoxsa..?

“İnşallah, Premyer Liqada qalacağıq ".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın hücumçusu Kamran Quliyev deyib.

Əyalət təmsilçisi Premyer Liqanın 33 turundan sonra turnir cədvəlinin 10-cu pilləsinə enib.

Evdə “Zirə”yə uduzan bölgə komandası “Səbail”in Sumqayıtdan 3 xalla dönməsi nəticəsində axırıncı sıraya yuvarlandı.

Pis gedişata baxmayaraq, gənc forvard inanır ki, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirmək mümkün olacaq:

“Üç final oyunumuz qalıb. Hər bir oyunda mübarizə aparmağa gücümüz var.

Son vaxtlar bəxtimiz gətirmir. Qələbə qazanmağımıza, bu zolaqdan çıxmağımıza yalnız şansızlıq mane olur.

Özümüz də narahatıq ki, işlər niyə belə gedir. Amma ümidimizi qətiyyən itirmirik.

Axırıncı dəqiqəyə kimi vuruşacağıq. Bu üç turda gedişatı öz xeyrimizə dəyişə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti