Yerli publika bölgə klubundan İMTİNA EDİR - VİDEO

7 May 2023 21:40 Şamaxı 2 544
Yerli publika bölgə klubundan İMTİNA EDİR - VİDEO

Premyer Liqanın 33-cü turunda “Şamaxı” “Zirə”ni qəbul edib.

Bölgə təmsilçisinin doğma meydanda məğlub olması yerli azarkeşlərin incikliyinə səbəb olub.

“Şamaxı”nın hər ötən gün elitanı tərk etməyə bir addım yaxınlaşdığını hiss edən fanatlar artıq doğma şəhərin komandasına əvvəlkitək güvənmir.

Elə buna görə də “Şamaxı” – “Zirə” qarşılaşmasının başa çatmasını gözləməyi lüzum bilməyiblər.

Azarkeşlər 80-ci dəqiqədən başlayaraq stadionu tərk etməyə başlayıb.

Maraq üçün bildirək ki, mövsümün gedişindəki oyunlar zamanı “Şamaxı” uduzanda belə, tərəfdarlar futbolçuları hakimin final fitinə qıdər dəstəkləyirdi.

Sözügedən oyun 3:0 hesabı ilə zirəlilərin xeyrinə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti