"Zirə" Şamaxıdan hansı mesajı verdi?

7 May 2023 17:45 Şamaxı 531
"Zirə" Şamaxıdan hansı mesajı verdi?

Şamaxı səfəri bu mövsüm rəqiblər üçün elə də asan keçməyib.

"Şamaxı" çoxuna asan rəqib təəssüratı yaratsa da.

Təkcə "Sabah"ın məğlub olmasını (2:1), "Qəbələ"nin bərabərə qalmasını (1:1), "Neftçi"nin böyük çətinlik hesabına minimal hesablı (0:1) qələbələrin qeyd etmək həmin çətinliyi gözlər önünə sərmiş olur.

Gənclərdən ibarət yerli komanda məğlub olduqları oyunda belə mübarizəsi, döyüşkənliyi və baxımlı oyunu ilə yadda qalmağı bacarıb. Hətta məğllub olduqları matçlarda belə haqqlarında müsbət fikirlər formalaşdıra bilirdi.

Yalnız "Qarabağ" adıçəkilən bölgədən asan qələbə ilə qayıdıb - 0:4.

Ağdamlıların sırasına "Zirə"də qoşuldu.

Premyer Liqada qalmaq uğurunda hər matça ölüm-qalım matçı kimi çıxan Cavid Hüsyenovun yetirmələrinin "Zirə" önündə də sona kimi dirənişini ehtimal etmək olardı.

Start fitindən bir dəqiqə sonra Elvin Məmmədov topu tirə vuranda da kimsə acı sonluğa inana inanmazdı. Amma Aleksey Kulaçın hesabı açması, Hamudi Keytanın baxımlı qolu darmadağına aparan yol oldu. Sonluq isə Rüstəm Əhmədzadədən gəldi.

Bakı klubunun mövsüm ərzində ideala yaxın keçirdiyi 2-3 oyundan birinə Şamaxıda tamaşa etdik.

Meydan sahiblərinə 90 dəqiqə ərzində vur-tut 1-2 qol imkanı verdilər. Ərazi üstünlüyün əldə saxladılar, qol epizodlarına girdilər, fürsətləri maksimum dəyərləndirdilər. Ən əsası zirəlilərdən alışdığımmız uşaq səhvlərini bu oyunda görmədik. Bu, həm də Sadıqovun aylardı görmək istədiyi komandadır.

Xüsusi ilə ötən tur "Turan" uduzan (1:3) Rəşad Sadıqovun yetirmələrinin avrokuboklar mübarizəsindən qopacağını düşünmək olardı.

Amma "şirlər"lə oyundakı inamlı qələbə 4-cü pillə iddiasının qalmasına mesaj kimi qəbul etmək olar.

Deməli, dirəniş son tura kimi davam edəcək. Qalır, şansın da gətirməsi. Ki, "Qəbələ" də xallar itirsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti