O, indi də nağıllara inanır: "Hələ heç nə bitməyib"

6 May 2023 19:10 Şamaxı 583
O, indi də nağıllara inanır: "Hələ heç nə bitməyib"

"Şamaxı" Azərbaycan Premyer Liqasının 33-cü turunda doğma meydanda "Zirə"yə 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli sualları cavablandırıb:

- Oyun hər iki komanda üçün önəmli idi. "Zirə" avrokuboklar zonasından qopmaq istəmirdi, biz də Premyer Liqada qalmaq istəyirik. Təəssüf ki, zəif oynayıb məğlub olduq. Çətin olsa da, toparlanıb yolumuza davam edəcəyik.

- Bu məğlubiyyət komandaya necə təsir edəcək?

- Oyunlar azaldıqca gərginlik artır. Belə məqamlar komandaya pis təsir edir. Amma biz məqşçilər peşəkarıq, komandanı toparlayacağıq. Hələ heç nə bitməyib.

- Bahadur Həziyevin start heyətdə meydana çıxmamasının səbəbi nə idi?

- Taktikaya və məşqlərdəki performasnsa görə heyət qururuq. Bahadurun mikrozədəsi var idi. Buna görə də risk etmədik.

- Sizcə, Amil Yunanov 90 dəqiqə oynamağa hazır idi?

- Bəli, hazır idi. Məğlub durumda olarkən hücumçunu meydandan çıxarıb, yerinə yarımmüdafiəçi buraxa bilməzdik. Ehtiyat oyunçular skamyamızı gördünüz.

Digər Xəbərlər
Xəbər Lenti