“Peşəkaramsa, diqqətimi buna yönəltməliyəm, başqa məsələlərə yox”

3 May 2023 23:00 Şamaxı 497
“Peşəkaramsa, diqqətimi buna yönəltməliyəm, başqa məsələlərə yox”

Gəncə futbolunun yetirməsi olan Zahid Mərdanov Premyer Liqada ilk dəfə doğma şəhərinin komandasına qarşı rəqib qismində çıxış etdi.

Maraqlıdır, oyunboyu hansı hislər keçirdi?

Onu “Kəpəz”də saxlamayan Tərlan Əhmədova meydanda demək istədiyi söz nə idi?

Qış fasiləsindən sonra “Şamaxı”nın formasını geyinən müdafiəçini dinləyək:

“Düzünü desəm, “Kəpəz”ə qarşı oynamaq mənim üçün başqa komandalara qarşı oynamaqdan fərqlənirdi.

Doğma şəhərimin komandasıdır, “Kəpəz”də yetişmişəm. Kollektivdə illərdir dostluq etdiyim dostlarım var.

”Kəpəz”ə qarşı oynamaq xoş oldu. Heç kimə qarşı prinsipim yox idi.

Peşəkar futbolçuyamsa, diqqətimi oyunuma yönəltməliyəm, başqa məsələlərə yox. Əksinə, matçdan zövq aldım”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti