Bölgə klubunun qapıçısından qəribə və pis görünən hərəkət - VİDEO

1 May 2023 23:40 Şamaxı 626
Bölgə klubunun qapıçısından qəribə və pis görünən hərəkət - VİDEO

"Şamaxı" mövsümdə növbəti məğlubiyyətini "Sabah"dan aldı.

"Şirlər" səfər matçında yaxşı oyun keçirməsinə rəğmən minimal hesablı məğlubiyyətdən qaça bilmədi.

Qarşılaşmanın 7-ci dəqiqəsində Aleksey Kaşukun vurduğu qol meydan sahiblərinə qələbə gətirdi.

Matçın maraqlı anlarından biri isə ikinci yarının gedişində yaşanıb.

Belə ki, qonaqların qapıçısı Rəşad Əzizli cərimə meydançasında yerdə qalıb. O, paytaxt təmsilçisinin forvardı Emmanuel Epahın ona qarşı qaydanı pozmasını israrla iddia edib.

Amma sizə təqdim edəcəyimiz videoda təcrübəli qapıçının gülməli formada özünü yerə atması əks olunur. Epahın ümumiyyətlə, onunla əlaqəsi olmadığı görünür.

Hesabda geri olan komandanın qapıçısın belə simulyatsiyalara əl ataraq vaxt uzatması anlaşılmaz olaraq qalıb.

Ən qəribəsi odur ki, futbolçusu belə vaxt uzadan komandanın çalışdırıcısı oyundan sonra mətbuat konfransında rəqib futbolçuları eyni addımı atmaqda suçlayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Haqqında bəhs etdiyimiz epizoda aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti