Bu komandanı Divizionda kim çalışdırmalıdır?

30 Aprel 2023 11:30 Şamaxı 754
Bu komandanı Divizionda kim çalışdırmalıdır?

«Şamaxı»nın hörmətli səlahiyyətli şəxslərinə təcili təklifim var.

Təklif edirəm ki, növbəti mövsümün hazırlıqlarına tezliklə başlasınlar, bir plan işləsinlər.

Yenidən Premyer Liqaya qayıtmaq, burada qalıcı olmaq, uzun müddət tutunmaq üçün.

«Şamaxı» hazırkı heyətini qoruyub saxlamalıdır ki, I Divizionun favoriti olsun. Komandanın bir az a yan-bu yanını düzəltsələr, rahatlıqla zirvəni ələ keçirə, möhkəmlənə və qızıl medalları boyunlarından asa bilərlər.

İnanmaq, güvənmək, dəstəyi davam etdirmək lazımdır, sadəcə. Cavid Hüseynovu göndərməklə heç nə qazanmayacaqlar.

Vaxt və dəyər itirəcəklər. Qoy, o da indidən bilsin ki, I Diviziona gedəsi olsalar, rəhbərlik qapını üzünə bağlmayacaq, işləməsinə «yaşıl işıq» yandıracaq.

Bu rahatlığı ona vermək və göstərmək mütləqdir. Gedib-qalacağını özüyçün müəyyənləşdirməyə çətinlik çəkən məşqçini tərəddüdən qurtarsınlar.

Prosesə haradan baxılır baxılsın, bir Tanrı qulu deməyəcək ki, «Şamaxı»nın aşağı liqaya yuvarlanmasının günahkarı Cavid Hüseynovdur.

Odey, barmaqlar qalstuklu bəylərə tuşlanacaq, bax, onlardır klubu elitadan alan.

Utopik nəzəriyyə ilə yola çıxanda bunun bir sonunu da fikirləşməli idilər, amma gözardı etdilər.

Yalnız yerli futbolçulara, özü də təcrübəsiz gənclərə, adı dəftərdən silinmiş yaşlılara bel bağlayanda, əlbət ki. işin axırı fırıq olacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti