“Komanda qalsın, bu barədə mütləq danışarıq” - Kapitan qalır, yoxsa gedir?

24 Aprel 2023 21:20 Şamaxı 530
“Komanda qalsın, bu barədə mütləq danışarıq” - Kapitan qalır, yoxsa gedir?

Premyer Liqanın ən yaşlı futbolçularından biri də Elvin Məmmədovdur.

İyulda 35 yaşı tamam olacaq “10 nömrə” ötən ilin yayından formasını geyindiyi “Şamaxı”nın kapitan sarğısını daşımaqla yanaşı, futbolçuların arasından yaşca hamıdan böyükdür.

Bölgə təmsilçisinin elitada qalması yəqin ki, Elvin üçün karyerası ilə bağlı “davam, yoxsa tamam” qərarını verməsi baxımından həlledici olacaq.

Hazırkı durumu daha 1 il top dalınca qaçmaq gücündə olduğunu göstərir. Lakin son qərar özünün və məşqçilər heyətinin olacaq.

Məmmədov Sportinfo.az-a açıqlamasında yaxın gələcəklə bağlı danışıb:

“Bu dəqiqə bütün diqqətimi “Şamaxı”nın elitada qalmasına yönəltmişəm.

Komanda olaraq bacardığımızın ən yaxşısını etməyə çalışırıq ki, məqsədimizə çataq. Çempionat başa çatsın, ümumi vəziyyətə baxıb hansısa qərarı qəbul edəcəm.

Özümə qalsa, istəyim və gücüm var. “Şamaxı” elitada qalsın, bu barədə mövsümün sonunda mütləq danışarıq”.

Vaxtilə Azərbaycan millisinin aparıcı futbolçularından olmuş Elvin Məmmədov karyerası ərzində “Turan Tovuz”, “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə” və “Sumqayıt”ın şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti