Baş məşqçini boş verin, özünüz girin meydana, sonra pul sayarsız

23 Aprel 2023 09:50 Şamaxı 804
Baş məşqçini boş verin, özünüz girin meydana, sonra pul sayarsız

«Səbail» 4 aydır Şahin Diniyevin sərəncamındadır.

Bu dörd ayda 4 ilə bəs edəcək qədər uğursuz oyunlar keçiriblər.

«Neftçi» ilə dünənki qarşılaşmanı fərqləndirməliyik. İlk hissəni demirəm, fasilədən sonra ev sahibləri «Neftçi»yə qonaq olduqlarını xatırlatdılar.

Qol arayışını sonadək davam etdirdilər. Bir neçə epizodda toru silkələməyə borclu idilər.

Qalib gəlməliydilər. Son vuruşda həyacan onları boğdu.

Axırıncı pillədə ilişib qalmağın gətirdiyi stressin təsiri «mən həə də buradayam» dedi.

Mövsüm sona yaxınlaşır. Finişə aparan məsafə daraldıqca, «Səbail»in futbolçuları özlərini daha tədirgin hiss edir.

Psixoloji basqını aradan qaldırmaq indi daha müşkül məsələyə dönüb.

Şahin Diniyevin təcrübəsini danışdırması? Ötən ilin dekabrında gəlmiş baş məşqçinin özü də təzyiq altındadır.

O, öz həyacanını boğa bilmir, futbolçuları necə toparlasın?

Artıq dövrəyə rəhbərlik girməlidir. İş bu adamlara düşür belə məqamda. Diniyevi futbolçuları ilə başbaşa buraxmaq səmərəsizdir.

Hər ayın əvvəlində bankomatların qarşısında növbəyə düzülən idarəçilər, nəhayət, bu gün çiynini yükün altına verməlidir ki, «Səbail» mayda arzulamadığı hekayənin acısını çəkməsin.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti