Bu rayonda futbol sevgisi “Qarabağ”la “Neftçi”dən ibarət deyil - FOTOREPORTAJ

22 Aprel 2023 19:40 Şamaxı 678
Bu rayonda futbol sevgisi “Qarabağ”la “Neftçi”dən ibarət deyil - FOTOREPORTAJ

Premyer Liqanın 31-cu turu çərçivəsində “Şamaxı” “Kəpəz”i qəbul etdi - 1:1.

Şamaxı şəhər stadionunda bu dəfə qələbəlik idi.

Mövsümün gedişində bölgədəki matçlarda azarkeş izdihamı yaşanmırdı.

Yerli camaat əsasən “Qarabağ” və “Neftçi” ilə oyunlarda fəallıq göstərirdi ki, bu da anlaşılandır. Rəqiblərin heyətindəki tanınmış futbolçuları yaxından görmək üçün.

Çempionatın finişə yaxınlaşması, belə deyək, “Şamaxı”nın elitada qalmaq uğrunda ölüm-qalım mübarizəsinə girişməsi şamaxılıları stadiona ayaq açmağa məcbur edib.

Məhz buna görə də “Kəpəz”lə qarşılaşmada tribunalarda azarkeş izdihamı müşahidə olunurdu.

90 dəqiqə dayanmadan sevimli komandalarına dəstək verdilər, yekunda futbolçuları 1 xala görə alqış sədaları altında paltardəyişmə otağına yola saldılar.

Bununla da, azarkeş sevgisinin təkcə “Qarabağ”la “Neftçi”dən ibarət olmadığını göstərmiş oldular.

Havanın kifayət qədər isti olması, görüşün bayram gününə təsadüf etməsi də bu məqamda vacib rol oynadı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti