Salam, aşağı liqa, gözlə, gəlirəm!

22 Aprel 2023 09:40 Şamaxı 1 389
Salam, aşağı liqa, gözlə, gəlirəm!

Hər ötən həftə «Şamaxı»nı arzulamadığı ünvana - I Diviziona yaxınlaşdırır.

Dünən daha bir fürsəti qaçırdılar. «Kəpəz»dən alınan 1 xal?

Bayram etməyə dəyməz! Qələbədən savayı, istənilən nəticə «Şamaxı»nın passivinə yazılmalıdır.

«Sumiqayıt» bu həftə evdə «Qəbələ»yə qalib gəlsə, Premyer Liqada qalmaq uğrunda mübarizə aparanların sıraları bir qədər də seyrələcək.

Və qalacaq iki komanda - biri «Şamaxı», biri də «Səbail».

İkincilər heyətinə və maliyyə dayaqlarına görə əsas rəqibindən bir xeyli qabaqdadır.

Hakimlər də «Səbail»ən «əlinə su tökmək» üçün indidən növbəyə düzülüb. Aradakı xal fərqi 2-dir və «Səbail»in «Şamaxı»nı gəlib keçməsi həftə məsələsidir.

«Şamaxı»nın öz oyunu var. Bu tərzi qoruyub saxlayırlar. Baxımlı futbolun arxasınca düşüblər. Mövsüm final mərhələsinə yaxınlaşır, nəticəyə oynamaq bunların heç yadına da düşmür.

Bədbəxtçilik də bundadır. Komanda «Kəpəz«ə qol vurur, hesabı açır, üstündən bir neçə dəqiqə sonra isə status-kvo bərpa olunur.

Nə qoldan öncə, nə də ondan sonra «Şamaxı» özü üçün müəyyənləşdirdiyi stantartlardan kənara çıxmır.

Təcrübədən və təcrübəsizlikdən danışırıqsa, bu, yalnız futbolçulara şamil olunmamalıdır.

Futbolçularla yanaşı, Cavid Hüseynovla Vüqar Əsgərlinin təcrübə sarıdan axsamasını qeyd etməkdə yarar görürük.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti