Futbolçunun atası vəfat etdi, məşqçiləri Masazıra tələsdi

21 Aprel 2023 20:00 Şamaxı 971
Futbolçunun atası vəfat etdi, məşqçiləri Masazıra tələsdi

"Şamaxı"nın futbolçusunun atası dünyasını dəyişib.

Elçin Mustafayevin valideyni 53 yaşında haqq dünyasına qovuşub.

Hadisə aprelin 20-də, "Şamaxı" - "Kəpəz" görüşündən bir gün əvvəl baş verib.

Bölgə təmsilçisinin məşqçiləri - Vüqar Əsgərli ilə Cavid Hüseynovun cari mövsümdə ilk dəfə texniki zonada mülki geyimdə yer almaları da buna görəymiş.

Məşqçilər heyəti oyun başa çatan kimi dərhal Masazıra yola düşüb. Elçinə başsağlığı vermək üçün.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti