Premyer Liqa təmsilçilərinə HAQLI ETİRAZ - VİDEO

21 Aprel 2023 13:00 Şamaxı 640
Premyer Liqa təmsilçilərinə HAQLI ETİRAZ - VİDEO

"Şamaxı"nı Premyer Liqada digər klublardan fərqləndirən əsas özəlliyi yalnız yerli futbolçulardan qurulmasıdır.

Və bunun fonunda komandanın baxımlı futbol göstərə bilməsi də alqışalayiqdir.

Düzdü, bu şərtlər altında davam etmək baş məşqçi Cavid Hüseynov üçün böyük çətinliklər yaradır.

Amma buna rəğmən bütünlüklə yerlilərdən ibarət kollektiv ilk ilindəcə "qapazaltı" olmadı. Hətta "Neftçi" "Qarabağ" kimi güclü rəqiblərlə oyunda baxımlı, mübariz oyunla yadda qalmağı bacardılar.

Deməli, bu ölkədə yerli futbolçu var, sadəcə üzə çıxardıb, şans vermək lazımdır.

Elə "Şamaxı"lı tərəfdarın üsyanı da buna görədir.

Bölgə klubunun sadiq fanatlarından olan yaşlı tərəfdar hər oyun tribunadan qonaq komandanın rəhbərliyinə səslənir. Ki, yerlilərə şans versinlər. Əcnəbi oyunçulardan əl çəksinlər. Axı sonda bizə öz balalarımız qalacaq.

Məncə də haqqlı çağrışdır. Düzdü, tam olaraq legionerlərdən imtina etmək olmaz. Bu, çempionatın da, klubların da səviyyəsinə ciddi təsir etmiş olacaq. Həm də 10 kluba yetəcək yüksək liqa səviyyəsində oyunçumuz da yoxdur heç.

Lakin onu da etiraf etmək lazımdır ki, bu gün klublarımızda çox sayda yararsız əcnəbi çıxış edir. Adı legioner olsa da özü heç yerli qədər faydalı deyil. Gəlmə oyunçu isə gərək yerlidən birbaş üstün olsun. Yerli ona baxıb nələrsə öyrənsin.

Bu baxımdan düşünürəm ki, klub rəhbərləri hər dəfə Şamaxı səfərində eşitdikləri haqqlı iradı qulaqardına vurmasalar yaxşı olar.

XANOĞLAN / İMANOV

Məlum müraciəti isə aşağıdakı linkdən izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti