Kapitanın cavab verə bilmədiyi sual: “Onun haqqına girmək istəmirəm”

20 Aprel 2023 17:20 Şamaxı 686
Kapitanın cavab verə bilmədiyi sual: “Onun haqqına girmək istəmirəm”

Premyer Liqanın 30-cu turu çərçivəsində baş tutan “Şamaxı” – “Sumqayıt” qarşılaşması qolsuz bərabərliklə başa çatdı.

Bölgə təmsilçisinin kapitanı Elvin Məmmədov Sportinfo.az-ın suallarını cavablandırıb.

- Nəticə ürəyinizcə oldu?

- O qədər oyunlarımız olub ki, yaxşı oynayıb məğlub olmuşuq. Çempionat sona yaxınlaşır deyə, bu dəqiqə 1 xal da 1 xaldır. Hər qazanılan xal qızıla bərabərdir.

- Son 15-20 dəqiqədə sanki nəticə sizə sərf edirmiş təsiri bağışlayırdız. “Sumqayıt”ın hücumlarından ehtiyatlanırdız yəqin.

- “Sumqayıt” əvvəlki dönəmə baxanda indi daha yaxşı oynayır. Kifayət qədər sürətli komandadır, mübarizə aparırlar. Bəlkə də bizdə bir az yorğunluq var idi. Amma ehtiyatlanmaqdan söhbət gedə bilməz. Sadəcə, qol vurmaq üçün imkan gözləyirdik.

- Finişə yaxın əvvəlki “Şamaxı”nı görmürük. Həftələr, aylar öncə komandanız daha istəkli və sürətli görünürdü, açıq futbol nümayiş etdirirsiz.

- Ağır dönəmə girmişik. Belə vaxtda həyəcanın və ya yorğunluğun olması normaldır. Komandanın 80-90 faizi gənclərdir. Bu da istər-istəməz özünü göstərir.

- Komandanın elitanı tərk etnək ehtimalı da özünü göstərir?

- Təbii, bu məqamın da müəyyən rolu var.

- Sona 6 tur qalıb. Razısan ki, bundan sonra komandaların ümumi təcrübəsi vacib rol oynayacaq?

- Dediyim kimi, komanda gənclərdən qurulub. Belə vəziyyətdə məşqçilər heyətinin və biz təcrübəlilərin üzərinə düşən vəzifə gənclərə dəstək vermək, onları həvəsləndirmək, inam yaratmaqdır. Cavanların arasında da liderlik keyfiyyətləri yüksək olanlar var. İnanıram ki, işimizin öhdəsindən gələcəyik.

- “Şamaxı” elitada qalacaq demək istəyirsən?

- Komandanın sərgilədiyi futbola və ayrı-ayrı oyunlarda əldə etdiyimiz nəticələrə baxsaq, kollektivə inamım var. Tapşırığın öhdəsindən gələcəyimizə inanıram.

- “Şamaxı” Premyer Liqada qalacaqsa, bəs, elitanı hansı komanda tərk edəcək?

- Kiminsə haqqına girmək istəmirəm. Bir onu deyirəm ki, “Şamaxı”nın gücünə inanıram və liqanı tərk etməmək üçün bacardığımızın ən yaxşısını edəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti