Premyer Liqanın 30-cu turunda “Şamaxı” elitada qalmaq uğrunda əsas rəqiblərindən biri “Sumqayıt”ı qəbul edir.
Oyunun bazar gününə təsadüf etməsi azarkeş sayına yaxşı mənada təsir edib.
Sumqayıtdan gələn 150-yə yaxın tərəfdar sevimli komandalarına dayanmadan dəstək verir. Meydan sahiblərini qələbəyə səsləyənlər də varlığını göstərməyə çalışır.
Oyun başlamamış tribunada açılan pankart diqqət çəkib. Orta yaşlı fanat Azərbaycanda istedadlı futbolçuların olmasına dair mesaj verib:
“Çoxu deyir, bizdə futbolçu yoxdur. Cavid-Vüqar hoca deyir, var”.
Maraq üçün bildirək ki, iki həftə öncə Şamaxıda yerli komanda ilə “Qarabağ”ın oyunundan əvvəl azarkeşin tribunada açdığı pankart AFFA nümayəndəsinin göstərişi ilə polis tərəfindən əlindən alınmışdı.
HƏBİB / SPORTİNFO.AZ

