"Özümü saxlaya bilmədim" - Tovuzlu hücumçu Tovuzda etdiyi hərəkətin izahını verdi

17 Aprel 2023 17:00 Şamaxı 696
"Özümü saxlaya bilmədim" - Tovuzlu hücumçu Tovuzda etdiyi hərəkətin izahını verdi

Hesabat turunun kifayət qədər maraqlı keçən oyunlarından biri Tovuzda baş tutdu.

Qərblilər Premyer Liqada qalmaq uğrunda mübarizə aparan və yalnız azərbaycanlı futbolçulardan qurulan “Şamaxı”nın müqavimətini qıra bilmədi – 1:1.

Matçda diqqətçəkən məqamlardan biri rəqib komandanın heyətində əslən Tovuzdan olan iki futbolçunun – Elvin Məmmədovla Amil Yunanovun “Turan Tovuz”a qarşı meydana çıxmasıydı.

İkinci hissənin gedişində yaşanan epizodda Amil diqqət mərkəzinə düşdü.

Təcrübəli forvard topu tovuzluların qapısından keçirən kimi qolu çılğın şəkildə qeyd etməyə hazırlaşırdı ki... Yan xətt hakimi ofsayd qərarı ilə bayrağını havaya qaldırdı.

Yunanovun futbolçu kimi püxtələşdiyi komandanın qapısına vurduğu topu xüsusi sevinclə qarşılaması yerli azarkeşlər kimi, jurnalistlərdə də “niyə” sualını yaratdı.

Axı, bu cür hallarda, futbolçular əksər vaxtlarda təmkinli davranır, qolu qeyd etmir.

Amil Sportinfo.az-a açıqlamasında həmin ana bu cür şərh verib:

“Bir anlıq içdən gələn hislər idi. Açığı, o an qəfil partlayış oldu. Çünki komandamızın turnir cədvəlindəki vəziyyətini bilirsiz.

Bu dəqiqə hər top, hər xal bizim üçün qızıla bərabərdir.Oyundan əvvəl öz-özümə demişdim ki, qol vursam sevinməyəcəm.

Sadəcə, o an özümü saxlaya bilmədim. Hakim qolu qeydə alsaydı, dərhal özümü yığışdıracaqdım. İstənilən halda ağlımda qolu çılğın formada qeyd etmək fikri yox idi”.

Amil Yunanov cari mövsümdə “Şamaxı” formasında meydana çıxdığı 15 oyunda 6 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti