Hazırda «Ximki»nin əvəzedici komandasında Nazim Süleymanovun köməkçisi işləyən Emin Ağayev yayda yenidən Azərbaycana qayıda bilər.
AFFA 6-7 aydır Moskva klubunda çalışan mütəxəssisin Premyer Liqaya dönməsində maraqlıdır.
Federasiya mənsubları onu «Şamaxı»ya gətirmək niyyətindədir.
«Ximki»yə gedənədək 4 ilə yaxın müddətdə «Səbail»də Aftandil Hacıyevin köməkçisi olmuş Ağayevə əyalət təmsilçisində çalışmaq təklif edilib.
SPORTİNFO.AZ

