Tovuzda ilkə imza atan tovuzlu: “Motivasiya verdi”

11 Aprel 2023 21:20 Şamaxı 689
Tovuzda ilkə imza atan tovuzlu: “Motivasiya verdi”

“Uzun fasilədən sonra bu qədər azarkeşin qarşısında oynamaq tam fərqli motivasiya verdi”.

“Şamaxı”nın hücumçusu Amil Yunanov Sportinfo.az-a açıqlamasında komandasının “Turan Tovuz”la 1:1 hesabı ilə bərabərə qaldığı oyunu şərh edib.

90 dəqiqə ərzində hər iki komandanın real qol fürsətləri olsa da, tərəflər meydanı 1 xalla tərk etdi. Bu matçda diqqətlər rəqibin heyətindəki tovuzlulara – Elvin Məmmədovla Amil Yunanova yönəlmişdi.

Maraqlıdır, doğma bölgədə doğma komandaya qarşı oynamaq necə hisdir?

Premyer Liqada ilk dəfə anadan olduğu Tovuzun komandasına qarşı forma geyinən Amil meydana çıxanda nə düşünüb? Təəssüratları necədir?

“Əslən Tovuzdanam, ailə üzvlərim burada yaşayır. Futbolda ilk addımlarımı da bu stadionda atmışam.

Bu qədər azarkeşin önündə oynamaq həqiqətən qürurlu məqamdır. Həm də, Premyer Liqada ilk dəfə Tovuzun komandasına qarşı oynayırdım.

Çünki ikinci dövrədəki oyun zamanı zədəliydim deyə, meydana çıxa bilməmişdim.Əldə etdiyimiz 1 xal bizim üçün pis nəticə sayılmamalıdır.

Tovuzdan heç-heçə ilə qayıtmaq qənaətbəxşdir. Qarşıda 7 oyunumuz var, vaxt isə azalır. Növbəti görüşləri düşünməliyik”.

Amil Yunanov cari mövsümdə “Şamaxı” formasında meydana çıxdığı 15 oyunda 6 qol vurub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti