Bu komanda da Premyer Liqada qalmaq istəyir?

10 Aprel 2023 21:00 Şamaxı 739
Bu komanda da Premyer Liqada qalmaq istəyir?

«Şamaxı» Premyer Liqada qalmaq istəyir, eləmi?

Olsun, normal istəkdir.

Cavid Hüseynov bu çaplı turnirdə ilk ilini keçirir və «Şamaxı»nı elitada saxlamaqla, gələcəyinin uğurlu təməlini atacaq. Hamı ondan danışacaq.

Hansısa komanda çətin vəziyyətlə üzləşsə, gözlər ilk növbədə onu axtaracaq.

O klubların rəhbərləri xilaskar kimi Hüseynovu görəcək və dəvət göndərəcək. Əlqərəz, çox yerdə adı çəkiləcək, daim gündəmdə qalacaq.

Cavid Hüseynovun da arzuladığı budur. Gənc mütəxəssis sabahkı karyerası ilə bağlı xəyallarına qovuşmaqdan ötrü imtahan verən abituriyentə bənzəyir bu gün.

«Şamaxı» Tovuza qələbə arxasınca yollanmışdı. Gözəl futbol sərgiləməsələr belə, ev sahiblərindən çəkinmədilər, mübarizə ruhu ilə auditoriyanın alqışını qazandılar.

Hüseynov «Şamaxı»ını bər dişdə sınmayan qoz halına gətirib. Bu, irəliləyişdir, məşqçi əməyinin bəhrəsidir.

Fəqət, komandanı Premyer Liqada saxlamaq baxımından yetərli olmaya bilər.

Axı «Səbail» də boş dayanmayıb, «Sabah»ı udmaqla I Diviziona yuvarlanmaq reallığı ilə barışmayacağını göstərir.

«Şamaxı»da oyun və nizam yerindədir. Əsas təcrübədir və onlarda məhz bu çatışmır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti