“Şamaxı” hesabat turunda doğma meydanda “Qarabağ”a məğlub oldu - 0:1.
Bölgə təmsilçisinin aparıcı futbolçularından olan Fuad Bayramov Sportinfo.az-ın suallarını cavablandırıb.
- Rəqibin adı “Qarabağ” olanda, yəqin ki, 90 dəqiqənin tamamında yorğunluq da ikiqat olur.
- Əlbəttə, “Qarabağ” oturuşmuş heyətə malik güclü komandadır. Onlara qarşı oynamaq çətindir. Və bilirdik ki, bizi olduqca ağır sınaq gözləyir. Buna baxmayaraq, çəkinməyərək meydanın hər qarışı uğrunda mübarizə apardıq. Fikrimcə, xal qazana bilərdik.
- İstək başqadır, reallıq başqa. “Şamaxı”nın “Qarabağ”dan xal “oğurlaması” realdır, səncə?
- Görüşün sonlarına yaxın real qol imkanlarımız oldu. Dəyərləndirə bilsəydik, bəlkə də hesab başqa cür ola bilərdi. Futbolda inam və mübarizə vacib amildir. Bunlar varsa, hər şey etmək olar.
- Elədirsə, xal qazanmağınıza kim, yaxud nə mane oldu?
- Təcrübə çatmadı. Bəzi əlverişli epizodlarda təcrübə lazım idi. Belə matçlarda qol fürsətlərindən yararlanmaq mütləqdir. Təəssüf ki, əldən verdik.
- AFFA-dan maliyyə dəstəyi alan bəzi klublarda maaş gecikməsi müşahidə olunmaqdadır. Bu baxımdan sizdə vəziyyət necədir?
- Bizdə bu baxımdan problem yoxdur. Şükür Allaha, maaş və mükafatları vaxtında alırıq.
-Telefonuna zənglər gəlir?
- (gülür) Xeyr, gəlmir. Mənə zəng etmirlər, martaq göstərənlər klubla maraqlanır.
HƏBİB

