Premyer Liqa klubunda növbəti gərginlik - Baş menecerə qadağa qoyan kimdir?

4 Aprel 2023 20:40 Şamaxı 1 227
Premyer Liqa klubunda növbəti gərginlik - Baş menecerə qadağa qoyan kimdir?

«Şamaxı»nın çalışdırıcısı Cavid Hüseynovun haqqında yeni xəbərlər yayılıb.

Sosial şəbəkələri dolaşan iddiaya görə, o, baş meenecer Kamran İsmayılovun komanda ilə əlaqəsini kəsib.

Gənc mütəxəssis onun məşqı canlı izləməsinə, hazırlıq prosesi zamanı stadiona daxil olmasına icazə verməyib.

Hüseynovun bu addımı İsmayılovun ona gerçək münasibətinə adekvatdır. Belə ki, baş menecer ayrı-ayrı futbolçularla söhbətində məşqçinin fəaliyyətinə tənqidi yanaşıb və bu da qarşı tərəfin qulağına çatıb.

Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov yayılan xəbərlərlə bağlı Sportinfo.az-a açıqlama verib:

«Bu məlumatların haradan qaynaqlandığını bilmirəm. Tam əsassızdır, elə bir şeydən söhnət gedə bilməz.

Komandanın ən vacib oyunları zamanı belə söhbətlərin ortaya atılması daha çox daxili ab-havanı pozmağa çalışmaqdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti